AZTRANK şirkətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni “45” rəqəmli zona kodu ayrılıb. Bu kod CDMA stansiyasının nömrə tutumunu 100 min nömrəyə qədər artırmaq imkanı verəcək. Yeni kod vasitəsi ilə respublikanın regionlarında simsiz telefon rabitəsi xidmətləri göstərmək nəzərdə tutulur.