JavaScript Menu, DHTML Menu Powered By Milonic



AZTRANK abonentləri üçün yeni telefon indeksi


Aztrank şirkətinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 10 min nömrəlik yeni “488” indeksi ayrılıb. Aztrank eyni zamanda öz abunəçilərinə “437” indeksi ilə də nömrələr təgdim edir.

Hal-hazırda Aztrank abunəçilərinə simsiz stasionar və avtomobil telefon rabitəsi xidmətləri göstərir. Əsas avadanlığın quraşdırma işləri Bakı şəhərində və Abşeron yarımadasında başa çatdırılıb. Aztrank avadanlıq ilə çin şirkəti Huawei tərəfindən təchiz olunur. Şirkət CDMA simsiz telefon rabitə xidmətlərini Bakı şəhərinin və Abşeron yarimadasının fiziki və hüquqi şəxslərinə təgdim edir. Ən yaxın zamanlarda Aztrank CDMA şəbəkəsini genişləndirməyə və Azərbaycanın regionlarına çıxmağı planlaşdırır.

© 2005 Aztrank